Çində "Hanun" tayfunu 400 mindən çox adam təxliyə edildi


Dünya 17 Okt 2017 19:24:00 277 0

Çində "Hanun" tayfunu  400 mindən çox adam təxliyə edildi

Çinin beş əyalətində "Hanun" tayfunu ilə əlaqədar 400 mindən çox adam təxliyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu il Çində sayca 20-ci tayfun olan "Hanun" ölkənin 145 yaşayış məntəqəsində 970 mindən çox insana təsir göstərib.

1000-ə yaxın adamın yardıma ehtiyacı olduğu qeyd olunur. 500-dən çox ev tamamilə dağılıb və ya zərər görüb.