Aktrisanı qızının rus dayəsi döydü: acığını ərindən çıxdı FOTO


Dünya 17 Okt 2017 19:18:00 260 0

Aktrisanı qızının rus dayəsi döydü: acığını ərindən çıxdı  FOTO

Aktrisa Meral Kaplan 3 yaşlı qızının 60 yaşlı rus dayə tərəfindən döyüldüyünü iddia edir. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, Star TV-də yayımlanan "Duymayan Kalmasın" proqramına açıqlama verən Meral Kaplan diqqətləri üzərinə çəkib:

"Dayə 60 yaşındaydı, getmək istəyirdi. Mən də "Sən yavaş-yavaş getməyə hazırlaş, biz də başqa birini tapaq" dedim. Məni itələdi, başım betona dəydi. Qalxanda, qabı başımda qırdı. Bir saat davam etdi bu dava, polisə getməməyim üçün məni otağa salıb, qapını bağladı. Çığırtımı eşidən qonşularım məni xilas etdi".

Dayə onu döyərkən ərinin bu olayı kənardan izlədiyini bildirən Kaplan: "Məni ən çox üzən şey ərimin başverənləri soyuqqanlılıqla izləməsidir. Canımı güclə qurtardım, ərim də oturdu, izlədi. Daha sonra dayə məndən üzr istədi. İndi əsəblərim çox pozulub, yaşadıqlarımın hamısını danışa bilmirəm. Danışdıqca ağlayıram. Daha sonra hamısını danışaram" ifadələrini işlədib.


Xəbərə aid fotolar