Bu il Azərbaycanda 587 adda yeni dərman qeydiyyata alınıb


Digərləri 17 Okt 2017 19:01:41 242 0

Bu il Azərbaycanda 587 adda yeni dərman qeydiyyata alınıb

Bu il Azərbaycanda 587 adda dərman qeydiyyata alınıb.

Bakı. İlhamə İsabalayeva - Bu il Azərbaycanda 587 adda dərman qeydiyyata alınıb. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq məlumat verilib. Mərkəzdən bildirilib ki, hazırda Dərman vasitələrinin dövlət Reyestrində ümumilikdə 4492 adda dərman qeydiyyatdan keçib. Mərkəzdən bildirilib ki, Səhiyyə Nazirliyi təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan məlumat aşkar etdikdə, dərman vasitəsinin tərkibində Azərbaycan ərazisində tətbiqi qadağan edilmiş maddə olduqda, təqdim olunmuş sənədlərdə göstərilən kəmiyyət və keyfiyyət göstəriciləri həqiqətə uyğun olmadıqda, terapevtik səmərəlilik sübut olunmadıqda, dərman vasitəsinin təhlükəsizliyinin, səmərəliliyinin və keyfiyyətinin qiymətləndirilməsi üzrə aparılmış klinik sınaqlar və digər tədqiqatlar mənfi nəticə verdikdə, qeydiyyat prosesində ciddi kənar təsirlər aşkar edildikdə, istehsalçı müəssisənin yoxlanılmasının nəticələri üzrə mənfi rəy verildikdə, ixtisaslaşdırılmış ekspertizanın və ya Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasının apardığı əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə mənfi rəy verildikdə dərman vasitəsinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərar qəbul edilir.