Smit və Yaqland: erməni təxribatının iki üzü


Siyasət 17 Okt 2017 18:42:00 338 0

Smit və Yaqland: erməni təxribatının iki üzü

Zaman-zaman Azərbaycana qarşı "qara piar" kampaniyalarının təşkil edildiyini bilirik. Müxtəlif səviyyələrdən ölkəmizin əleyhinə yalanlar uydurulur. Ancaq bunların sırasında "kirəlik adamlar" var ki, onlar sistemli şəkildə pis işlər görməkdədirlər. Avropa Şurasının baş katibi Turbyörn Yaqland və ABŞ Konqresinin üzvü Kris Smit, deyəsən, daha qabağa getməyi qərara alıblar. Hər iki şəxsin kimliyi yaxşı məlumdur. Onların bir sıra dairələrlə əlaqələri haqqında informasiyalar yayılıb.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, bu dəfə hər ikisi antiazərbaycan cəbhəsində qoşa dayanmağa cəhd göstəriblər. T.Yaqland sentyabrın 13-də Avropa Şurasına üzv ölkələrin səfirləri ilə görüşündə Azərbaycanı insan haqları ilə bağlı ittiham edərək, onu təşkilatdan çıxarmaqla hədələyib. K.Smit isə sentyabrın 26-da Konqresə sənəd təqdim edərək, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edib. Ekspertlər onların məhz bu dönəmdə meydana çıxmalarını təsadüfi hesab etmirlər. Onların fikirlərinə görə, bu, daha çox Azərbaycanın əldə etdiyi geosiyasi uğurlarla əlaqəlidir. Azərbaycan həm sürətlə inkişaf edir, həm də beynəlxalq miqyasda nüfuzunu yüksəldir. Bu məqamlar bir sıra dairələri çox qıcıqlandırır. Və ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasına start verilir. Bu kimi cəhdlərin sonu nə ola bilər?

Sözdə dost, əməldə...: cavabı məlum suallar

Azərbaycan əleyhinə Avropada və bir sıra başqa ölkələrdə məqsədyönlü, qərəzli kampaniyaların aparıldığı yenilik deyil. Hətta sözdə dost deyib, pərdə arxasında ölkəmizə qarşı fəaliyyət göstərən region dövlətləri də vardır. Həmin dövlətlər Avropa ilə elə də yaxşı münasibətdə olmasalar da, Azərbaycan məsələsində ortaq hərəkət edə bilirlər. Çünki hər iki düşərgə üçün Azərbaycanın sürətli və dayanıqlı inkişafı qəbuledilməzdir. Düşündürücüdür ki, bəzi məqamlarda "mehriban düşmənlər" Azərbaycana qarşı birləşib sinxron hərəkət edirlər. Son vaxtlar onların bu planlarını ifadə edən rəsmi şəxs kimi Avropa Şurasının baş katibi Turbyörn Yaqland çıxış edir.

Qəribə də olsa, bu şəxs eyni zamanda həm Qərbin, həm də Şərqin sifarişlərini yerinə yetirir. İkili standartın ikili diplomatiyasının bariz nümunəsi! Budur, sentyabrın 13-də cənab Turbyörn Yaqland Avropa Şurasına üzv ölkələrin səfirləri ilə görüşündə Azərbaycanı qurumdan uzaqlaşdırmaqdan söhbət açıb. Səbəb nə imiş? Sən demə, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmir. Əcəba, bu qurumun qərarlarının hamısı icra olunubmu? Statistika göstərir ki, İnsan Hüquqları Məhkəməsinin minlərlə (!) qərarı icra olunmayıb. Lakin buna görə Avropa Şurası heç bir ölkəni qurumdan çıxarmaqla hədələməyib, yaxud bu istiqamətdə hansısa addım atmayıb. Bəs indi nə baş verir ki, Azərbaycana gələndə, bu cənab çox sərt olur?

Digər tərəfdən, dünyada kütləvi surətdə qətliamlar törədən ölkələr arasında AŞ-nin üzvləri də var. Məsələn, Ermənistan minlərlə azərbaycanlının nəinki hüququnu pozub, hətta onları deportasiya edib, qətlə yetirib, amansız terror aktları həyata keçirib. İndiyə kimi təşkilatın hansı baş katibi rəsmi İrəvana mesaj göndərib ki, bu əməllərinə görə səni qurumdan uzaqlaşdıra bilərik. Qətiyyən belə bir şey olmayıb. Səbəbi?

Bundan başqa, AŞ-nin Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı quldur dəstələrinin çıxarılması ilə bağlı neçə sənədi vardır? Bu təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 8 sənəd qəbul edib, onlardan ikisi tövsiyə xarakterlidir (1995 və 2005-ci illərdə qəbul olunub). İlk sənədi AŞPA 1994-cü ildə qəbul edib. Orada yumşaq şəkildə münaqişəni sonlandırmaq və atəşkəsə əməl etmək tələbi əks edilib (bax: Avropa Şurası Parlament Assambleyasının tövsiyəsi, №1251 (1994) / http://garabagh.net/content_134_az.html).

1995-ci ildə qəbul edilən sənəddə Azərbaycanda minlərlə insanın böyük əzab çəkdiyi, humanitar fəlakətin yaşandığı, yardımların edilməsi zərurəti və bu fəlakəti dayandırmaqla bağlı müəyyən tövsiyələr yer alıb (bax: Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair qətnaməsi, №1059 (1995) / http://garabagh.net/content_136_az.html). Bu sənəd əsasında AŞPA tövsiyə sənədi də hazırlayıb.

1997-ci il sənədində isə artıq birmənalı vurğulanıb: "10. O, işğal edilmiş ərazilərin qaytarılması və qaçqın və köçkünlərin geri dönməsi, Dağlıq Qarabağın əlverişli alternativ statusu, həmçinin onun təhlükəsizliyinə təminat verən münaqişənin siyasi həllinə nail olmaq məqsədilə bütün münaqişə tərəflərini birbaşa danışıqları gücləndirməyə çağırır" (bax: Avropa Şurası Parlament Assambleyasının Zaqafqaziyada münaqişələrə dair qətnaməsi, №1119 (1997) / http://garabagh.net/content_140_az.html).

AŞPA 2001-ci ildə qəbul etdiyi sənəddə açıq göstərir ki, "xalqların öz müqəddəratını təyin etmək hüququna Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun olaraq hörmət olunmalıdır. Nəticə etibarilə bu hüquq yalnız sülh danışıqları əsasında həyata keçirilə bilər. Torpaq əldə etmək məqsədilə gücdən istifadə qəbuledilməzdir və ondan irəli gələn heç bir nəticə qanuni tanına bilməz" (bax: AŞPA-nın Nazirlər Komitəsinin qərarı (Strasburq, 24 sentyabr 2001-ci il) / http://garabagh.net/content_144_az.html).

Nəhayət, 2005-ci ildə tarixi sayıla biləcək sənəd qəbul edilib. Burada vurğulanır ki, "Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər" (bax: ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə, 1416 (2005) saylı Qətnamə / http://garabagh.net/content_147_az.html). Sənəddə daha sonra vurğulanır ki, AŞPA genişmiqyaslı etnik təmizləmə və mono-etnik ərazilərin yaranmasından çox narahatdır. Bundan başqa, "Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 (1993) saylı Qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir" (bax: əvvəlki mənbəyə).

Baş katibin unutqanlığı: bəlkə qərəz?

Düzdür, biz sənədləri bir qədər geniş təqdim etdik. Lakin bunun əhəmiyyəti var, çünki Turbyörn Yaqland cənabları Avropa Şurasının baş katibi kimi həmin sənədlərin də yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Necə deyərlər, bu, onun vəzifə borcudur. Ancaq, insafən, bu adam bir dəfə də olsun həmin sənədlərdə vurğulanan tələblərin, çağırışların, tövsiyələrin Ermənistan tərəfindən qulaqardına vurulması səbəbini soruşubmu? Yaxud tələb edibmi ki, sənədlərdə qoyulan şərtlərə əməl etməyən işğalçı ölkəni təşkilatdan çıxaracaq? Qətiyyən bu cənab "belə səhvlərə" yol vermir.

Əvəzində, qondarma "erməni soyqırımı"na həsr edilmiş beynəlxalq tədbirdə iştirak edir və "ermənilərin sərt şəkildə qətlə yetirilməsini bütün dünya üçün itki" hesab edir. Doğrudur, T.Yaqland eyni zamanda &q