Çində “Hanun” tayfunu - 400 mindən çox adam təxliyə edilib


Digərləri 17 Okt 2017 18:36:00 291 0

Çində “Hanun” tayfunu - 400 mindən çox adam təxliyə edilib

Çinin beş əyalətində “Hanun” tayfunu ilə əlaqədar 400 mindən çox adam təxliyə edilib

Bakı. Çinin beş əyalətində “Hanun” tayfunu ilə əlaqədar 400 mindən çox adam təxliyə edilib. Trend-in məlumatına görə, bu il Çində sayca 20-ci tayfun olan “Hanun” ölkənin 145 yaşayış məntəqəsində 970 mindən çox insana təsir göstərib. 1000-ə yaxın adamın yardıma ehtiyacı olduğu qeyd olunur. 500-dən çox ev tamamilə dağılıb və ya zərər görüb. Tayfunun Çin iqtisadiyyatına vurduğu ziyan 85 milyon dollar həcmində ölçülür.