Ter Şteqen: "Məqsədim "Barcelona"a fayda verməkdir"


İdman 17 Okt 2017 18:18:00 279 0

Ter Şteqen: "Məqsədim "Barcelona"a fayda verməkdir"

"Barcelona"nın qapıçısı Mark-Andre ter Şteqen klubdakı çıxışından danışıb. Goal.az xəbər verir ki, alman qolkiper bunları deyib:

"İlk növbədə mən böyüdüm. Son 3 ildə çox şey baş verib. Klubda 4-cü mövsümə başlayıram. Karyeramın gedişindən razıyam. Bu yolu davam etdirdiyimə şadam. Məqsədim "Barcelona"da oynamaq və komandaya fayda verməkdir. Uğur qazanmaqda davam edə bilərik. Qələbəyə acıq. Ayaqla oyun? "Barcelona"da bunun əhəmiyyəti böyükdür. Əsas məsələ heç vaxt arxayınlaşmamaqdır. Qapıçının ayaqla oynamaq bacarığı çox önəmlidir. Bu, komandaya üstünlük qazandırır. Ehtiyatlı olmaq lazımdır ki, yoldaşlarının səhvini sığortalaya bilərsən".