İran ABŞ-la neft-qaz sektorunda işləməyə hazırdır


İqtisadiyyat 17 Okt 2017 17:57:20 316 0

İran ABŞ-la neft-qaz sektorunda işləməyə hazırdır

C.Koreya da İranın neft sektoruna sərmayə qoymaq istəyir

"İranın neft və qaz sahələrinin inkişaf etdirilməsində ABŞ şirkətləri ilə çalışa bilərik". "Report" "Mehrnews.com" saytına istinadən xəbər verir ki, bu açıqlamanı İranın neft naziri Bican Zəngane Tehranda C.Koreyanın torpaq, infrastruktur və nəqliyyat naziri Kanq Ho-İnlə görüşdə verib.

İran naziri bildirib ki, "Amerika şirkətlərinin bizim Avropa şirkətləri ilə münasibətlərimizdən narahat olmaması üçün gəlib İranda mənfəət əldə edə bilər. ABŞ-la neft-qaz sektorunda çalışmaq üçün heç bir problem yoxdur". 

C.Koreyalı həmkarı ilə neft və qaz kondensatı satışını müzakirə edən Zəngane ödənişin avroda olacağını bildirib. Həmçinin, iranlı nazir C.Koreyanın İran neft sektoruna birbaşa yatırım etmək istədiyini vurğulayıb.