Qubada məktəb binası qəzalı vəziyyətə düşdü FOTO


Digərləri 17 Okt 2017 17:30:00 321 0

Qubada məktəb binası qəzalı vəziyyətə düşdü  FOTO

Qubanın Qımıl kəndində şəhid Alimşah Tahirovun adını daşıyan kənd məktəbinin 3 korpusundan ikisi qəzalı vəziyyətdədir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu ayın əvvəlində Quba rayonunda baş verən zəlzələdən sonra məktəb binasındakı çatlar böyüyüb. İbtidai sinif şagirdləri 2006-cı ildə yeni tikilən korpusda təhsil alsalar da, yuxarı sinif şagirdləri bu imkandan məhrumdurlar. Korpuslardan biri 1935-ci ildə, digəri isə 1980-ci illərdə istifadəyə verilib. 

Kənd məktəbinin direktoru İsa Bayramov bildirib ki, iki korpusun istifadə müddəti bitib:  "Binalar qəzalı vəziyyətə düşüb, ayın əvvəlində baş verən zəlzələ də bu prosesi sürətləndirib".


Xəbərə aid fotolar