"Ofeliya" qasırğası Böyük Britaniyada minlərlə evi elektriksiz qoyub


Dünya 17 Okt 2017 17:26:08 349 0

"Ofeliya" qasırğası Böyük Britaniyada minlərlə evi elektriksiz qoyub

Uelsin şimalında 4 min, Şotlandiyada 1,1 min ev elektrik enerjisiz qalıb

"Ofeliya" qasırğası bu gün Uels və Şotlandiyada minlərlə evi elektrik enerjisindən məhrum edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, enerji şirkətlərinin məlumatlarına görə, hazırda İrlandiyada 245 min, Şimali İrlandiyada 3,8 min, Uelsin şimalında 4 min, Şotlandiyada isə 1,1 min ev elektrik enerjisiz qalıb.

İrlandiyada 20 min ev həm də qasırğa səbəbindən susuz qalıb. Elektrik enerjisinin bərpasının bir neçə gün çəkə biləcəyi deyilir.

Bir çox sahil ərazilərdə fırtına və mümkün daşqın xəbərdarlığı elan edilib.

İngiltərənin bəzi bölgələrində ağacların relslər üzərinə aşması nəticəsində dəmir yolu əlaqəsində problemlər yaranıb. Sinoptiklər "Ofeliya" qasırğasının təsirinin günün sonuna qədər hiss olunacağını proqnozlaşdırır.