Mədəniyyət işçilərinə fəxri adlar və mükafatlar təqdim olunub - SİYAHI


Digərləri 17 Okt 2017 16:59:18 173 0

Mədəniyyət işçilərinə fəxri adlar və mükafatlar təqdim olunub - SİYAHI

Milli Muzey Mərkəzində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilən mədəniyyət işçilərinə fəxri adlar və mükafatlar təqdim olunub.

"Report" xəbər verir ki, Milli Muzey Mərkəzində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Nazir bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın gördüyü işləri nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edir və müxtəlif siyahılarda öz layiqli yerini tutur: "Yalnız müstəqilliyimizdən sonra biz zəngin mədəniyyətimizi bəşəriyyətə tanıda bildik. Artıq bu zəngin mədəniyyət bəşəriyyət tərəfindən tanınır və qorunur".

Sonra Ə.Qarayev dövlət qulluğunda fərqlənməyə görə Ulduz Baxışovaya, David İbramxəlilova, Gülgün Kərimova, Elman Məmmədova, Nazilə Qəhrəmanovaya, Şamil Məmmədova, Bəxtiyar Qılıncova təltif olunduqları medalları, Müzəffər Ağakərimova, Zakir Əliyevə, Tahir Qədəşova, Rüfət Yusifova, Alla Bayramovaya, Təranə İsgəndərovaya "Tərəqqi" medallarını, Sabir Əliyevə xalq artisti fəxri adını, Sevda Orucovaya, Tamilla Əliyevaya, Əliəhməd İbrahimova, Vasif Məhərrəmova, Nadir Məlikova, Rafiq Məmmədova, İlahə Sadıqzadəyə, Davud Abdullayevə, Fəzilə Rəhimovaya əməkdar artist fəxri adlarını təqdim edib.

Bundan başqa, Zülfiyyə Sadıqovaya və Aliyyə Zeynalovaya əməkdar müəllim adları, Zülfiyyə İbadovaya, Rasim Ağazadəyə, Toğrul Əfəndiyevə, Xədicə Əsədovaya, Sevda Həbibovaya, Əminə Məlikovaya, Mehriban Nuriyevaya əməkdar mədəniyyət işçisi, Gülnarə Babayevaya, Rafael Tağızadəyə, Zivər Balacayevaya, Şəhla Cavadzadəyə, İlkin Heydərova, Rəna Hüseynliyə, Qalib Qasımovaya, Yudmilla Şirinovaya, Şəfəq Qurbanovaya, Gündüz Hacıyevə, Əhməd Ramazanova, Tofiq Hüseynova, Rəhim Bağırova, Mehman Əliyevə, Hicran Əliyevaya, Zöhrə Axundovaya, Etibar Əliyevə, Firudun Quliyevə, Fidan Muradəliyrvaya, Araz Osmanova, Natiqə Səfərova fəxri mədəniyyət işçisi döş nişanları təqdim olunub.

Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilən bir qrup şəxsə mükafatlar təqdim olunub.