Türkdilli ölkələrin vahid investisiya platforması yaradıla bilər
Digərləri 17 Okt 2017 16:47:00 262 0
Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır
Bakı. Azad Həsənli -
Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır.
Trend-in məlumatına görə, bunu Bakıda “Azərbaycanın kapital bazarları. İmkanlar və perspektivlər” konfransında “InvestAZ” investisiya şirkətinin rəhbəri Elşən Quliyev deyib.
Onun sözlərinə görə, oxşar layihə hazırda Azərbaycanla Türkiyə arasında reallaşdırılır: “Bu yaxınlarda Azərbaycanın və Türkiyənin milli depozitarları anlaşma memorandumu imzalayıb. Bu sənəd türkiyəli investorların Azərbaycanın kapital bazarına çıxışını nəzərdə tutur”.
Mənbə: az.trend.az