Fikrət Hüseynli haqda həbs qərarı verildi


Kriminal 17 Okt 2017 16:24:00 346 0

Fikrət Hüseynli haqda həbs qərarı verildi

Ukraynada saxlanılan azərbaycanlı jurnalist Fikrət Hüseynli barədə qərar verilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Borispol Məhkəməsinin qərarı ilə F.Hüseynli 18 gün müddətinə azadlıqdan məhrum edilib. 

Jurnalistin hüquqlarını Ukrayna Helsinki İnsan Haqları Birliyindən vəkil Dmitry Mazurok müdafiə edir. Vəkil qərarla razılaşmadıqları üçün apellyasiya şikayəti veriləcəyini bildirib.