Səudiyyə Ərəbistanı Kralı Azərbaycan Prezidentini təbrik edib


Digərləri 17 Okt 2017 16:23:00 244 0

Səudiyyə Ərəbistanı Kralı Azərbaycan Prezidentini təbrik edib

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakı. İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm".