Xarici ölkələrin Bakıdakı hərbi attaşeləri Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasında olublar
Siyasət 17 Okt 2017 16:06:30 346 0
Nazirlikdən bildirilib ki, 17 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 17 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, əsgər yeməkxanaları, yataqxanalar, məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan aviasiya vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.Qonaqlar səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.