Referendumdan sonra 700 şirkət Kataloniyanı tərk edib


Digərləri 17 Okt 2017 15:56:37 252 0

Referendumdan sonra 700 şirkət Kataloniyanı tərk edib

Bir müddət əvvəl keçirilmiş müstəqillik barədə referendumdan sonra 700-ə yaxın şirkət öz ofislərini Kataloniyadan İspaniyanın başqa regionlarına köçürüb

Bakı. Bir müddət əvvəl keçirilmiş müstəqillik barədə referendumdan sonra 700-ə yaxın şirkət öz ofislərini Kataloniyadan İspaniyanın başqa regionlarına köçürüb. Trend-in məlumatına, təkcə ötən həftə ərzində 92 şirkət Kataloniyadan çıxdığını elan edib. Ümumilikdə isə 691 şirkətin Kataloniyanı tərk etməsi barədə məlumat verilib. Qeyd edək ki, təkcə oktyabrın 9-u və 10-da, iki gün ərzində 387 şirkət ofislərini İspaniyanın başqa regionlarına köçürmüşdü.