Sabiq deputatın oğlu DİNin Baş İdarəsini məhkəməyə verdi


Digərləri 17 Okt 2017 15:42:00 366 0

Sabiq deputatın oğlu DİNin Baş İdarəsini məhkəməyə verdi

Milli Məclisin sabiq deputatı Fərhad Qəribovun oğlu Elnur Qəribov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Son.az report-a istinadən xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini məhkəməyə verib.

E.Qəribovun iddiası əsasında Baş İdarənin aktları və hərəkətləri (hərəkətsizliyi) mübahisələndirilir.