Rəqs edən milyonçu həbsdən qurtuldu FOTO


Digərləri 17 Okt 2017 15:11:00 353 0

Rəqs edən milyonçu həbsdən qurtuldu  FOTO

İnstagram profilində paylaşdığı fotolar və videolar sayəsində populyarlaşan, "rəqs edən milyonçu" kimi tanınan italyan iş adamı Canluka Vaççi ABŞ-ın Florida ştatındakı Mayami kurortunda istirahət edir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 50 yaşlı milyoçu çimərlikdə olarkən diqqət mərkəzində idi.

C.Vaççinin biznes fəaliyyətində problemlər yaranmışdı. Banklar alınmış kreditləri vaxtında ödəmədiyinə görə onun yaxtasına və villalarına həbs qoymuşdu.

Vaççi 10,5 milyon avroluq borcu ödəyərək əmlakını həbsdən qurtarıb.


Xəbərə aid fotolar