Pakistanda "Əli və Nino" filminin premyerası keçirilib


Digərləri 17 Okt 2017 15:04:25 186 0

Pakistanda "Əli və Nino" filminin premyerası keçirilib

Film tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində ilk dəfə olaraq “Əli və Nino” filminin premyerası keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, Pakistan Milli İncəsənət Şurasının zalında keçirilən mərasimdə Pakistan xarici işlər nazirinin müavini, xarici işlər katibi vəzifəsini icra edən Eytizaz Əhməd, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, media nümayəndələri, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi əsasında ərsəyə gəldiyini, onun eyni zamanda filmin icraçı prodüseri olduğunu bildirib. 

Səfir filmin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikasının yaranmasından bəhs etdiyini vurğulayıb. 

Ə.Əlizadə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü günü ərəfəsində “Əli və Nino” filminin premyerasının Pakistanda keçirilməsinin sevindirici olduğunu, bu 26 il ərzində dost və qardaş Pakistanla əlaqələrin daim inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.

E.Əhməd filmin premyerası və Azərbaycanın müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib, Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, hər iki dost və qardaş ölkə arasında səmimi və dərin münasibətlərin bərqərar olunduğunu ifadə edib.

Sonda “Əli və Nino” filminin premyerası keçirilib və film tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib.