İraq hakimiyyəti daha bir bölgəyə nəzarəti bərpa edib


Dünya 17 Okt 2017 14:45:38 346 0

İraq hakimiyyəti daha bir bölgəyə nəzarəti bərpa edib

Bu rayon 2003-cü ildən indiyədək muxtariyyətin “peşmərgə” adlı silahlı dəstələrinin nəzarəti altında idi

İraq ordusu, federal polis qüvvəsi və “Haşdi Şabi” silahlılarından ibarət güclər Mosulun Kayyar qəsəbəsinə nəzarəti bərpa edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Haşdi Şabi” qruplaşması İraqın Mosul əyalətinin Mahmur rayonuna da mərkəzi hakimiyyətin nəzarətini bərpa edib.

Ərbilin cənub-qərbində yerləşən Mahmur rayonu 2003-cü ildən indiyədək İraqın şimalındakı yerli hökumətin “peşmərgə” adlı silahlı dəstələrinin nəzarəti altında idi.