Şahzadə 12 il sevdiyi "adi" qadınla evləndi FOTO


Digərləri 17 Okt 2017 14:47:00 461 0

Şahzadə 12 il sevdiyi "adi" qadınla evləndi  FOTO

ABŞ-da ilin bəlkə də ən maraqlı toylarından biri olub. Efiopiyanın son imperatoru Hayle Selassienin nəticəsi, 35 yaşlı Coel Makonnen 33 yaşlı Ariana Ostinlə ailə qurub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Otsuka America Pharmaceutical" şirkətində vəkil işləyən şahzadə Coel Makonnen A.Ostinlə 12 il əvvəl Vaşinqtondakı "DC Pearl" gecə klubunda tanış olmuşdu.

C.Makonnenin ailəsi Efiopiyada 1974-cü ildə baş vermiş hərbi çevriliş zamanı ölkəni tərk etmiş, İtaliyanın paytaxtı Romada məskunlaşmışdı.