Azərbaycan Bəhai Dini İcması yubiley tədbirinə hazırlaşır (FOTO)


Digərləri 17 Okt 2017 14:45:00 288 0

Azərbaycan Bəhai Dini İcması yubiley tədbirinə hazırlaşır (FOTO)

Azərbaycan Bəhai Dini İcması yubiley tədbirinə hazırlaşır.

Bəhai dininin ardıcılları üçün 2017-ci il əlamətdar ildir. Bu ilin 21-22 oktyabr tarixində dünyanın 234 ölkəsində, o cümlədən Azərbaycanda bəhailər dinlərinin banisi Bəhaullahın Mövludunun 200 illiyini qeyd edirlər. Bayramla bağlı bir sıra ölkələrin Prezidentləri və Baş Nazirləri öz ölkərində yaşayan bəhailəri təbrik ediblər. Azərbaycanda da bəhailər son günlər dövlət və qeyri-dövlət qurumlarına, mətbuat orqanlarına, sadəcə ətraflarındakı insanlara müraciət edib, bayram sevincini onlarla bölüşmək istəyində olduqlarını bildirir və onları öz bayram tədbirlərinə dəvət edirlər. Bəhaullah kimdir? Bəhai Dini Allahın Qoşa Peyğəmbəri - Bab (1819-1850) və Bəhaullah (1817-1892) tərəfindən nazil olmuşdur. 1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd Bab (ərəb.“Qapı”) Özünü İlahi Zühur elan edir. Bil­di­rir ki, Onun əsas məqsədi insanları Müqəddəs Kitablarda Vəd Olunan qüdrətli İlahi Zühuru qəbul etməyə hazırlamaqdır. Babın çağırışları İranda babilər hərəkatına səbəb olur. Bab 1850-ci ildə Təbrizdə edam edilir. Hərəkat sək­kiz il sonra yatırılır. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli Bəhaullah (ərəb.“Allahın Cəlalı”) İraqa sürgün olunur. 1863-cü il aprelin 21-də Bəhaullah bildirir ki, O, Babın vədetdiyi həmin İlahi Zühurdur və Bəşəriyyətə Allahdan Yeni İlahi təlim nazil etmişdir. 1868-ci ildə O, Ədirnədə sürgündə, sonra Əkkada həbsdə olarkən hökmdarlara, prezidentlərə və sultanlara məktub yazaraq, onları nazil etdiyi Dini qəbul etməyə çağırır. Bəhaullah, 1817-ci ildə Tehranda doğulmuş, 1852-ci ildə İlahi Vəhyi qəbul etdikdən sonra 40 il həbs və sürgün həyatı yaşayaraq 1892-ci ildə dünyasını dəyişmişdir. Bəhaullah Öz Yazılarında bildirirdi ki, o bütün xalqların çoxdan gözlədiyi dünyanın Müəllimi və Tərbiyəçisidir. Çaylar dənizdə qovuşduqları kimi bütün əvvəlki dinlər də Onun İlahi Təlimində qovuşacaqdır. O, elə bir təməl qoymuşdur ki, bu, bütün Bəşəriyyətin Birliyinin möhkəm əsası, Peyğəmbərlərin öncədən xəbər verdiyi Sülh, Ədalət və Firavanlıq Erasının – Qızlı Əsrin başlanğıcıdır. Bəhaullah yazır: “Bu gün - əzəmətli bir gündür, belə ki, bütün Müqəddəs Kitablarda “Allahın Günü” kimi xatırlanır. Bütün Peyğəmbərlər və övliyalar bu bənzərsiz Günü görmək arzusunda olmuşlar. Həmçinin bütün məzhəb və firqələr bu Günü gözləmişlər” Bəhaullah ingilis şərqşünası E.Braunla söhbətində ona bu sözləri demişdir: “Əgər bütün millətlər bir din ətrafında birləşərlərsə və bütün insanlar bir-birinə qardaş olarlarsa, insan övladları arasında məhəbbət və birlik bağları möhkəmlənərsə, dini ixtilaflar olmazsa və irqi ayrıseçkiliklər ləğv edilərsə, burda zərərli nə var? Onsuz da bu baş verəcəkdir: mənasız çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaq və Böyük Sülh bərqərar olacaqdır” Ciddi təqiblərə baxmayaraq, Bəhaullahın Təlimi qısa zamanda Yaxın Şərqin hüdudlarından kənara çıxıb, Avropa, Amerika, Afrika və Okeaniya adalarına yayılaraq dünya dininə çevrilir. Müasir elmdə yalnız üç din – Xristianlıq, İslam və Buddizm dünya dini hesab olunur. Bəhai dini də ardıcıllarının sayının azlığına baxmayaraq, həm özünün universal cəhətlərinə, həm də əhatə dairəsinə görə dünya dini sayıla bilər. Bəhai dini bütün dinlər kimi Şərqdə yaransa da, o ayrıca götürülmüş xalq və ya etnik qrupa yönəlməyib və hansısa bir mədəniyyətlə məhdudlaşmır. Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində vardır. “Britanika” ensiklopediyasının məlumatına əsasən coğrafi yayılmasına görə, dinlər aşağıdakı sıraya malikdir: Xristianlıq (254 ölkə), Bəhai dini (234 ölkə), İslam (174) və Buddizm (68). XIX əsrdə Bəhai icmaları Azərbaycanın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki, Naxçıvan, Salyan və digər yerlərində artıq mövcud idi. Bəhai icmaları yaranan gündən hər cür dini fanatizmi pisləmiş, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlərarası dialoq və əməkdaşlığa can atmışlar. 1937-ci ilin oktyabrından 1938-ci ilin fevralına kimi Azərbaycanda bəhai icmalarına qarşı təqib kompaniyası aparılır. Təqiblər 1987-ci ilə kimi davam edir. 1989-cu ildə icmanın dövlətlə münasibətləri bərpa olunur. 1993-cü ildə Bakı, 2001-ci ildə Sumqayıt icması, 2004-cü ildə isə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili dövlət qeydiyyatına alınır. Tədqiqatçıların maraq dairəsində. Hələ XIX əsrin ortalarında Babi və Bəhai təlimləri və onların Pey­ğəmbərləri – Bab və Bəhaullahın şəxsiyyəti tədqi­qatçıları özünə cəlb edirdi. Babiliyin ilk tədqiqatçısı Mirzə Kazım Bəy olmuşdur. Mirzə Kazım Bəyin “Bab və babilər” əsəri 1865-ci ildə nəşrdən çıxmış, bir il sonra fransız dilinə tərcümə edilmişdir. XIX əsrin ikincı yarısında M.Qamazov, B.Rozen, E.Braun, A.Tumanskiy, B.Dorn, A.Jukovskiy, S.Uma­nes və başqaları Babi və Bəhai təlimlərini tədqiq etmişlər. Bəhaullah ilə görüşmüş E.Braun ilk dəfə Bəhai təlimini müstəqil din kimi göstərmişdir. XX əsrin əvvəllərində Bəhai dininə maraq Əbdül-Bəha Abbas ilə bağlı olmuşdur. Azərbaycanda “Sərkərağa”, İran və Yaxın Şərq ölkələrində “Sirri-Xuda” və digər adlarla tanınan Əbdül-Bəha Bəhaullahın böyük oğlu və Onun süudundan sonra bu dinin uzun illər (1892-1921) başçısı olmuşdur. İngilis şərqşünası C.Esslemont Əbdül-Bəhanın Bəhai dinində tutduğu məqama nəzər yetirmişdir. Həyatının cox hissəsini məhbəs və sürgünlərdə keçirmiş, lakin fars, ərəb, türk dillərini mükəmməl bilən Əbdül-Bəha özünün dərin teoloji bilikləri, fəlsəfi və etik fikirləri, mütərəqqi ictimai baxışları və rasional düşüncə tərzi ilə C.Esslemontu heyrətləndirmişdi. Əbdül-Bəha tədqiqatçılara Tövrət, İncil, Quran mətnlərinin şərhçisi kimi də tanış­dır. Müqəddəs Yazılardakı rəmzlərdən ibarət və yaxud kifayət qədər anlaşılmayan mətnlərin həqiqi anlamı Əbdül-Bəha tərəfindən açıqlanmışdır. Yarandığı gündən Bəhai dininin Müqəddəs Yazılar, dinin əsas səxsiy­ətlərinin (Bab, Bəhaullah, Əbdül-Bəha, Şövqi Əfəndinin) əlyazmaları, şərhlər, fotoşəkillər və həcmi yüz cildlərlə ölçülən digər sənədlər diqqətlə toplanaraq, Beynəlxalq Bəhai Mərkəzinin Arxivində qorunub saxlanılmışdır. Bu tədqiqatçının işini asanlaşdırmaqla yanaşı, təd­qiqatın obyektivliyini artıran əhəmiyyətli amil sayılmalıdır. Əvvəlki dinlərin tədqiqi üçün bu cür imkanlar demək olar ki, yox dərəcəsindədir. Hazırda dünyada mövcud on bir əsas dindən yalnız İslam (VII əsr) və Sihhizmin (XVI əsr) tarixi yüz illiklərlə, qalan dinlər – Hinduzm, Buddizm, Caynizm, Daosizm, Konfusiçilık, Sintoizm, Zərdüştilik, İudaizm və Xristianlıq min illiklərlə ölçülür. Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (173 il). Onun formalaşmasında sonuncu tarixi mərhələ 1963-cü ildə Bəhai dininin Ali ruhani və İnzibati Mərkəzi - Ümumdünya Ədalət Evinin qurulması ilə sona çatıbdır. Bu baxımdan, Bəhai dininin öyrənilməsi dinşünas alimlərə onun timsalında dinlərin yaranma və formalaşma mərhələlərini araşdırmaqdan ötrü geniş imkanlar aça bilər. Bəhai dini - təriqət, yoxsa müstəqil din. Hələ yüz il əvvəl E.Braun bəhailiyin müstəqil dini təlim olması fikrini söyləsə də, bəzi mənbələrdə o yalnış olaraq “İslam