“Qaynımın gözü düşdü mənə... ərim dedi, fahişəsən, 8 bıçaq vurdu..."


Digərləri 17 Okt 2017 14:31:00 265 0

“Qaynımın gözü düşdü mənə... ərim dedi, fahişəsən, 8 bıçaq vurdu..."

Biz müsahibəyə başlayanda sığınacaqda axşam yeməyinin vaxtı çatmışdı. Uşaqlı qadınlar stolları baş-başa düzüb üstünə uzun süfrələr açırdılar. Balaları da onlarının arxasınca qaçırdılar - yerlə sürünən gəlin örpəyi kimi...

Otaq səs-küylü olduğundan Elnarə ilə bir küncə çəkilib, söhbətə başlayırıq.

- Ben türkce konuşurum.

- Azərbaycanca başa düşürsünüz?

- Evet, burda öyrəndim.

- Vəssalam.

Elnarə (ad şərtidir) "Təmiz Dünya" qadın sığınacağının onlarla sakinlərindən biridir. Sığınacağa sentyabr ayında gəlib. Azərbaycanlıdır. Yeniyetməykən Türkiyəyə - xalasının yanına köçüb, elə o vaxtdan da orada yaşayıb. Doğuş xərci Azərbaycanda ucuz olmasaydı, yəqin bu gün o, bu sığınacaqda olmayacaqdı.

Son.az xəbər verir ki, Elnarə həyat hekayəsini lent.az-a danışıb:

1990-cı ildə Sumqayıtda doğulub. Ailənin tək qız övladıdır, 3 qardaşı var.

- 5 yaşım olanda atam bizi atıb, getdi Tatarıstana. Atam gedəndə balaca qardaşım anamın qucağında idi. Gedəndə demişdi, 4 uşağım var, gedib pul qazanım, uşaqlara ev alım, böyüyəndə yaxşı yaşasınlar. Anam baxdı atam gəlmir, pul da yollamırdı, dedi, gedim görüm orada nə iş görür?! O qədər ac qalırdıq ki, ağacın yarpaqlarını yeyirdik. Bizi dayıma tapşırıb, getdi. Bir də xalamın qızı vardı. 13-14 yaşı olardı. Anam ora gedəndə görüb ki, atam Güləndam adında qadına ilişib. Atam anamı geri göndərmək istəyəndə anam deyib ki, özünü maşının altına atacaq. O da qorxub geri yollamayıb. 7 yaşım vardı, atam bizi də Tatarıstana apardı. Orada atam daim anamı döyürdü ki, niyə gəldin? Hətta yalandan demişdi ki, guya anam onun bacısıdır. Qonşuların yanında anama "bacı" deyirdi. Qonşular anamdan soruşanda anam "mən onun arvadıyam", deyib. Anamı yolun ortasında döyərdi. Güləndamla birgə içki içərdilər. Bir dəfə atama dedim, o qadın bir də bizim evə gəlməsin. Həmin vaxt Güləndam içəri girib dediklərimi eşitmişdi. Buna baxmayaraq, yenə də gəlirdi. Atamın pulu vardı. Sumqayıtda 5 pullu kişidən biri idi. O qadın atamın bütün pulunu yeyəndən sonra dalından bir təpik vurdu. 17 yaşım olanda pasport almaq üçün Azərbaycana döndüm. Xalam Türkiyədə yaşayırdı, məni yanına çağırdı. Dedim, yox, anam gəlsin sonra. 1 il sonra anam gəldi, pasport çıxardıb getdik Türkiyəyə. 3 ay sonra qismətim çıxdı, 19 yaşımda türklə ailə qurdum. Əvvəl yaxşı dolanırdıq, 2 qızım oldu. Hiss edirdim ki, yoldaşım yavaş-yavaş mənə qarşı soyuyur. Subay qaynım hərbi xidmətdən gəldi, mənə göz qoydu. Anam da bizimlə yaşayırdı. Ona dedim, dedi, boş ver, qızım, Allaha həvalə et. "Yaxşı", dedim. 6 ay keçdi, məndən əl çəkmirdi. Evdə tək olanda "yataq otağına keçəkmi", "alt paltarın nə rəngdi" deyə soruşurdu. Axırda yoldaşıma dedim, inanmadı. Anası dedi, oğluma böhtan atırsan. Qaynımı çağırdım, dedim, həqiqəti de. Dandı. Şok oldum. Dedim, Nazim, sənin gözün məndə var, sən də bir gün evlənəcəksən, əgər mən haqlıyamsa, inşallah, mənim ərimin də gözü sənin arvadında olar. Qarğadım və əşyalarımı toplayıb, evdən çıxdım.

- Hara?

- Anam da mənimləydi, ikimiz ev tutduq. Boşanmaq üçün məhkəməyə ərizə verdim.

- Qızların necə oldu?

- Onlar atası ilə qalmışdılar. Onlara baxacaq vəziyyətdə deyildim. Yaxşı ki, qızlarım atasındadır. Yoxsa, indi onlar da mənimlə sürünürdülər.

Bayaqdan coşqu ilə danışan qadın birdən-birə susur. Deyəsən, qızları yadına düşüb. Bir qədər fikrə gedəndən sonra soruşur:

- Harada qalmışdım? Hə, yadıma düşdü. Yoldaşım çox qısqanc adam idi, tez-tez mənə zəng edirdi. Allaha günah getməsin, onu görəndə elə bil şeytan görürdüm. Görüşmək istəmirdim. Maaş almışdım, qızlarıma üst-baş alırdım, zəng etdi ki, Eda, haradasan? Dedim, sənə nə? Sən kimsən ki? Boşanmağa ərizə vermişik, evim belə ayrıdı. Evimin açarının bir tayı da onda vardı. Bəzən kirayə pulunu da o ödəyirdi. Gəldim evə ki, paltaryuyan, soyuducumu çəkiclə dağıdıb. Dedi, soyuducunu qırmasaydım, səni öldürə bilərdim. O evdən çıxdım. Rəfiqəmlə birgə ayrı evə köçdük.

- Ananla qalmırdın bəs?

- Yox, anamla yola getmirdik. Anamla nə ana-bala olduq, nə dost. Nəysə, ayrı evə köçdük, öz ayaqlarımın üstündə dayanmağa çalışırdım. 2016-cı il sentyabrın 25-də boşandıq. Gözəllik salonunda işləyirdim. Bir gün işdən çıxanda keçmiş həyat yoldaşım məni izləmişdi. Hava qaralmışdı. Arxaya çöndüm, qarşımda dayanıb. Dedi, sən filankəslə sevgilisən? Nə yalan deyim, oğlan dostlarım vardı, amma sevgili deyildik, normal dost idik. Dedim, sən məni fahişə hesab edirsən? Yanımda hər gördüyünlə məni sevgili hesab eləsən, onda mən 1 nömrəli fahişə olmuşam, xəbərin yoxdu ki?! Dedi, sən onsuz da fahişəsən! Dedim, sənin ixtiyarım yoxdu mənə belə deməyə. Nə sən mənim ərimsən, nə də mən sənin arvadın. Biz yadıq bir-birimizə, sadəcə uşaqlarımız var. Əlində bıçaq vardı, üstümə hücum etdi, 8 bıçaq vurdu. Xəstəxanaya yerləşdirdilər. Ora da gəlib çıxdı. Yaxşı ki, yanımda rəfiqəm vardı. Yoxsa, orada öldürəcəkdi. Rəfiqəm belində silah görmüşdü. Mühafizəyə şikayət etdim, dedi, Eda xanım (Türkiyədə onu belə çağırırlar), xəstəxananın 5 qapısı var, hansını qoruyaq? Xəstəxanada 1 gün yatdım, ikinci gün öz istəyimlə çıxdım ordan.

- Keçmiş həyat yoldaşını həbs etmədilər?

- İşi məhkəmədədir. Xəstəxanadan çıxanda da mən əl çəkmirdi. Feysbukda yazdım, "Canı verən Allah, alan Allahdır. Kimsə canımı ala bilməz". Sırf o oxusun deyə yazdım. Hər zaman qələbəlik yerlərlə gedib-gəlirdim. Bir gün işdən çıxanda yenə qarşıma çıxdı. Qorxudan əlim-ayağım titrədi. Dedim, yenə bıçaqlayacaqsan? Birinci dəfə öldürə bilmədin, bəlkə bu dəfə ürəyimdən vurasan ki, yaxşı ölüm. Dedi, yox, üzr istəmək üçün gəlmişəm. Dedim, nəyin üzrü? Birdən mən ölsəydim? Qızlarım anasız qalsaydı, sən həbs olsaydın, necə olacaqdı qızlarımızın halı? Dedi, qısqanclıqdan etdim. Məsələnin əslini sonradan öyrəndim. Rəfiqəm vardı, Türkiyədə qadın sığınacağında dost olmuşduq. Bir nəfər onu yanımda görüb mənə dedi, xəbərin var, rəfiqən qız satır? Buna görə rəfiqəmlə əlaqəmi kəsdim. O da məndən qisas almaq üçün keçmiş ərimə gedib deyib ki, Eda fahişə olub. Keçmiş həyat yoldaşım sonralar məni yanına çox çağırdı, mən getmədim.

- Barışmaq istəyir?

- Hə, günü bu gün də istəyir. Məni bıçaqlayan adamla necə barışım?!

***

Yuxarıda dediyim kimi, sığınacaq sakinləri axşam yeməyinə hazırlaşırdı. Kənarda oturub müsahibə almağım analarının ayağına dolaşan uşaqların diqqətini çəkmişdi. Bir də başımı qaldırdım ki, bizi dövrəyə alıblar. Maraqlı baxışlarla mənə baxır öz aləmində nəsə danışırlar. Edanın səsi eşidilməz həddə çatanda anaları uşaqları otaqdan çıxarır.

- Sonra çay evində işləməyə başladım. Orada bir oğlanla tanış oldum, imam nikahı ilə yaşamağa başladıq. 5 ay yaşadıq, 2017-ci ilin yanvar ayında hamilə qaldım. Sonra evdən sənədlərim itdi. Birinci ərim gizlin evə girib, oğurlamışdı. Sənədlərimi hazırlamışdım, Türkiyə vətəndaşı olacaqdım. O da istəmirdi mən Türkiyədə qalım, ona görə də sənədlərimi oğurladı ki, Azərbaycana qayıdım. Məcbur polisə təslim oldum, məni Bakıya yolladılar. İkinci ərimə hamilə olduğumu deyəndə, abort etdirməyimi istəmişdi. Dedi, mən səni istəyirəm, uşağı yox. Mən də dedim, sən birinci ərimdən daha pissən. Və o