"Bakıya gəlmişəm ki, Vikanı Qız qalasından atım" VİDEO


Şou-biznes 17 Okt 2017 14:35:00 303 0

"Bakıya gəlmişəm ki, Vikanı Qız qalasından atım"  VİDEO

Nikolay Baskov Bakıya gəlib

Rusiyanın əməkdar artisti .

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni "Crystal hall"da konsert proqramı ilə çıxış edib.

Paytaxtımızda bir neçə gün qalan Baskov şəhər gəzintisinə yollanıb. O, model sevgilisi Viktoriya (Vika) Lopyrevanı da özü ilə gətirib. Nikolay ötən gün Qız qalasına çıxıb.

Sevgilisi ilə videosunu İnstaqram səhifəsində paylaşan sənətçi "Bir nağılın sonu" şərhini yazıb və belə zarafatlaşıb:

"Biz Bakıdayıq. Vikiyə Qədim şəhəri göstərmək istəyirəm. Bu qaladan ən gözəl qızları atıblar. Bakıya gəlmişəm ki, Vikanı bu qaladan atım. Sən mütləq ora getməlisən".