Telefonda "Hər şeyi sizin üçün etdim" deyəndə qızı anladı


Dünya 17 Okt 2017 14:15:00 292 0

Telefonda "Hər şeyi sizin üçün etdim" deyəndə qızı anladı

Haqqında uzaqlaşdırma qərarı olan ər boşanmaq istəyən həyat yoldaşını küçənin ortasında bıçaqlayıb. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, Bursada bir kişinin boşanmaq istəyən arvadını bıçaqlama anı təhlükəsizlik kameralarına düşüb.

Emine Y. (38) iki ildir ayrı yaşadığı əri tərəfindən bir müddət öncə təqib edilməyə başlanıb. Bundan sonra Emine Y. Cümhuriyət Başprokurorluğundan uzaqlaşdırma qərarı çıxartdırıb. Buna rəğmən, boşanmaq istədiyi əri Ümit Y. (42) bir neçə dəfə qarşısını kəsərək, danışmaq istədiyini söyləyib və təhdid edib. Ümit Y həftənin I gününün səhəri, boşanmaq istəyən həyat yoldaşı Emine Y.-nin işə getdiyi yolda gizlənib. Bir müddət gözlədikdən sonra oradan keçən Emine Y.-ni görüncə gizləndiyi yerdən çıxan Ümit Y. arvadına bıçaqla hücum edib. Qadın yaralı halda qaçmağa başlayanda Ümit Y. da əks istiqamətdə qaçıb. O anlar ərazidə olan təhlükəszilik kamerası tərəfindən anbaan qeydə alınıb.

Yaralı qadını görən vətəndaşlar təcili yardım çağırıblar. Olay yerinə gələn təcili yardım maşını ilə Bursa Dövlət Xəstəxanasına çatdırılan Emine Y. əməliyyat olunub. Polis kişini qısa zamanda tutaraq bölməyə gətirib.

Cütlüyün iki uşağı olduğu öyrənilib. Bıçaqlanan qadının qızı: "Səhər anam işə getdikdən sonra atama zəng etdim: "Hər şeyi sizin üçün etdim" dedi. Anama zərər verdiyini anladım. 3 aylıq uzaqlaşdırma qərarı vardı. Dünən mənə zəng edib: "Bu gün sizin üçün özəl bir gün deyilmi, ananızın doğum günü deyilmi?" dedi. Bunu etməyi planlaşdırıbmış" - ifadələrini işlədib.


Xəbərə aid fotolar