XOŞ XƏBƏR! Güzəştli mənzillərin satışı ilin sonunadək başlaya bilər


Digərləri 17 Okt 2017 14:17:00 311 0

XOŞ XƏBƏR! Güzəştli mənzillərin satışı ilin sonunadək başlaya bilər

Bakıda güzəştli mənzilin alınması üçün 6,5 minə yaxın adam qeydiyyatdan keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident yanında Mənzil Tikintisi üzrə Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.

Onun sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilir: "Güzəştli mənzil almaq hüququna malik vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçir. Bugünədək, səhv etmirəmsə, 6,5 minə yaxın adam qeydiyyata alınıb".

Onun sözlərinə görə, növbəti mərhələ ilk mənzillərin satışından sonra başlayacaq.