Valideynlərin diqqətinə: uşaq yeməyi çeynəyib, uda bilmirsə...


Digərləri 17 Okt 2017 14:08:00 278 0

Valideynlərin diqqətinə: uşaq yeməyi çeynəyib, uda bilmirsə...

Son.az lent.az-a istinadən loqoped Bəsirə Pənciyevanın məqaləsini təqdim edir:

Disfaqiya nədir?

Udma, çeynəmə, sorma, əmmə pozuntuları disfaqiya adlanır. Əmmə problemlərinə qidanın qəbulu, çeynənilməsi, sorulması və udulması sahəsində olan çətinlikləri daxildir. Məsələn, uşaq qidanı qəbul etməyi, yəni əgər bərk qidadırsa, onu dişləməyi və ya əzilmiş haldadırsa, onu ağzına qoymağa etiraz etməsi və ya mayedirsə udmağı bacarmamağı deməkdir. Yaxud da çağanın süd əmdiyi zaman ananın döşünü götürdükdə ağzını tam bağlaya bilməməsi, dodaqları açıq saxlaması və bununla da süd əmmədə çətinlik olması və s. Bu zaman uşaqlarda əmmə pozuntusu da ola bilər.

Udma prosesləri aşağıdakı mərhələləri əhatə edir;

Oral (ağızın içi, dodaq, dil, diş, damaq) mərhələsi; Bura sorma, çeynəmə, qidanın dil vasitəsiylə ağızda hərəkəti və diş, damağın köməyilə əzilmiş qidanın və ya mayenin boğaza ötürülməsi.

Pharyngeal (faringil) mərhələ; Udmağa başlamaq, qidanın hava yoluna daxil olmaması (aspirasiya) hava yolunu bağlamaq və boğazdan aşağı ötürülməsi.

Esophageal mərhələ; Boğazda yemək borusunun üst və alt boşluqları rahatlaması və yeməyi qida borusundan mədəyə ötürmək.

Uşaqlarda əmmə, udma pozuntularının əlamətləri hansılardır?

Uşaqlarda əmmə, udma pozuntularının geniş və müxtəlif əlamətləri var. Bütün əlamətlər hər uşaqda mövcud deyil!

Uşaqlarda, əmmə və udma problemlərinin əlamətləri aşağıdakılardır ;

1. Qidalanma zamanı bədəni bərkitmək

2. Qidalanma zamanı qıcıqlanma və həssaslığın olmaması

3. Qida və mayedən imtina

4. Müxtəlif yeməklərin qəbul edilməməsi (məsələn, yalnız saflaşdırılmış qidalar və ya gevrək taxıl)

5. Uzun əmmə və ya uzun yemə (30 dəqiqədən çox)

6. Çeynəmədə çətinlik

7. Döş əmmədə çətinlik

8. Yemə zamanı öskürmək və qusmaq

9. Ağızdan və ya burundan çıxan həddən artıq qida və maye

10. Yemək yemə, su içmək və nəfəs almaq aktlarında çətinlik

11. Yemək zamanı boğulmaların artması

12. Tez-tez tüpürmək, qusmaq

13. Təkrarlanan sətəlcəm (pnevmaniya) və ya hava (tənəffüs yolu ilə) ilə yoluxucu infeksiyalar

14. Normal kilo artımından az olması

Əmmə və udma pozuntularının səbəbləri aşağıdakılardır:

~ Sinir sistemi xəstəlikləri (Uşaq serebral iflici meningit ensefalopatiya),

~ Mədə-bağırsaq problemləri,

~ Problemli doğuş,

~ Yarıq dodaq və ya damaq,

~ Hava yolu ilə keçən infeksiyalar,

~ Autizm sindromu,

~ Baş, boyun anomaliyaları,