Baş prokurorun qəbulunun vaxtı dəyişdirildi


Digərləri 17 Okt 2017 13:36:00 327 0

Baş prokurorun qəbulunun vaxtı dəyişdirildi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralovun cari il oktyabrın 20-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşların nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək oktyabrın 27-nə saat 10:00-a keçirilib.

Bu barədə Son.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sabirabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.