Ana ölümünün ƏSAS SƏBƏBLƏRİ açıqlandı


Digərləri 17 Okt 2017 13:38:00 301 0

Ana ölümünün ƏSAS SƏBƏBLƏRİ açıqlandı

Ana ölümünün əsas səbəbləri qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HEELP sindromu, sepsis və mamalıq emboliyalarıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin Doğum şöbəsinin Reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradan-Quliyev deyib.

Onun sözlərinə görə, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır.

R.Yaradan-Quliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gündə hər bir dəqiqədən bir 1600, ildə 500000-dən çox ana ölümü qeydə alınır. İnkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur.

Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb.