Lombardda çalışan şəxsə qarşı quldurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub


Sosial 17 Okt 2017 12:34:00 257 0

Lombardda çalışan şəxsə qarşı quldurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən proses başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Cəfərov 9 il 4 ay, T.Ağahüseynov 9 il, N.Aydınovla R.Azadovun hər biri isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında S.Cəfərovla R.Azadovun hər birinin 11 il, digər şəxslərin isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Bakı şəhər sakini Pərvin Əliyev 102 xidmətinə məlumat verib ki, çalışdığı Lombarddan işdən evə gedən zaman naməlum şəxslər ona hücum edib, zor tətbiq etdikdən sonra cibində olan 7 min manat pulu ələ keçiriblər.

Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Əliyevin 7 min manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Saatlı rayon sakinləri - Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və əvvəllər məhkum olunmuş Rauf Azadov tutulublar.

Dəstə üzvləri hadisə yerinə Surxay Cəfərovun avtomobili ilə gediblər. Bunun müqabilində onlar quldurluq yolu ilə əldə etdikləri puldan sürücüyə 1750 manat pul veriblər. Dəstə üzvlərinə Pərvin Əliyevdə külli miqdarda pul olması barədə məlumatı isə Namid Aydınov verib.

Məlum olub ki, onlar Lombardın qarşısında uzun müddət gözləyiblər . Pərvin Əliyev işdən çıxan kimi onun maşına basıb əl qolhnu bağkayaraü qaz balondan istifadə ediblər. Daha sonra omun pulu götürüb, hadisə yerindən çıxıblar.