Körpəsi ilə həbsini gözləyən ana: "Onu özümlə həbsxanaya aparacam"


Kriminal 17 Okt 2017 12:33:00 276 0

Körpəsi ilə həbsini gözləyən ana: "Onu özümlə həbsxanaya aparacam"

Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Aytəkin Bağırovaya son sözlə çıxış etmək üçün söz verilsə də, o məhkəmədən vaxt istəyib: "Zərərçəkənlərin pulunu qaytarmaq niyyətim var. Ona görə vaxt verin".    Hakim təqsirləndirilən şəxsə vaxt verib. Bildirib ki, bir də körpə uşağı məhkəməyə gətirməsin. "Elə bildim bu gün hökm oxunacaq. Zaldan həbs ediləcəm. Ona görə gətirdim ki, uşağı özümlə həbsxanaya aparım" - A.Bağırova deyib.   Məhkəmə prosesi oktyabrın 24-ə təyin edilib.   Xatırladaq ki, prokuror hər iki qadına 9 il azadlıqdan məhrum edilmə cəzası tələb edib.   Qeyd edək ki, hər iki şəxs əlbir olaraq iş düzəltmək adı ilə vətəndaşlara qarşı ümumilkdə 60 min manatdan çox dələduzluq ediblər. Zərərçəkmişlərinşikayəti əsasında hər iki qadın saxlanılıb. Onlardan Samirə Mansurova barəsində həbs qətimkan tədbiri seçilib. Aytəkin Bağırova barəsində isə polis nəzarətində qətimkan tədbiri seçilib.   S.Mansurova istintaq zamanı ifadəsində deyib ki, Xəzər rayonunda yerləşən xəstəxanada həkim işləyib, YAP-ın seçki komissiyasının üzvü olub.   Aytəkin Bağırova ona yaxınlaşaraq vəzifəli şəxslərin qohumu olduğunu deyib. Hətta o, ifadəsində vəzifəli şəxslərin adını çəkib. İşə ehtiyacı olan şəxsləri müxtəlif orqanlarda işə düzəltməklə məşğuldur. Mənə deyirdi ki, onun əmisi oğlu Elçin Bağırov Administrasiyada Protokol Xidmətinin rəisidir. Həmçinin, Aytəkin Bağırova özünün Təhsil Nazirliyində işlədiyini və atasının da Ədliyyə Nazirliyində xidmət göstərdiyini bildirib: "Mənə vəd edirdi ki, xarici ölkələrdə səni oxudub, sonra Bakıda diaqnoztikaya həkim düzəldəcək. Bunların müqabilində Aytəkin Bağırova məndən işə düzəltmək üçün adamlar tapmağımı istəyirdi. Əlbəttə ki, bunu müəyyən pul və rüşvət qarşılığında əlbir olduğu adamlarla birgə həyata keçirirdi".   S.Mansurova bildirib ki, sonradan A.Bağırovanın adamları aldatmasını görüb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.