“PAŞA Holdinq”in yeni inkişaf strategiyası hazırlanıb


İqtisadiyyat 17 Okt 2017 11:43:54 383 0

“PAŞA Holdinq”in yeni inkişaf strategiyası hazırlanıb

Sənədin əhəmiyyətli hissəsi "PAŞA Kapital" investisiya şirkətinin qlobal kapital bazarında aktiv oyunçuya çevrilməsi planları ilə bağlıdır

“PAŞA Holdinq” MMC-nin 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü ilə bağlı keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı tədbirdə Holdinqin İdarə Heyəti sədrinin I müavini Cəlal Qasımov deyib.

Onun sözlərinə görə, strategiyanın əhəmiyyətli hissəsi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin gələcək planları, şirkətin Azərbaycanın və qlobal kapital bazarında aktiv oyunçuya çevrilməsi planları ilə bağlıdır.