Əfqanıstanda polis idarəsinə hücum olub, 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb
Dünya 17 Okt 2017 11:45:12 272 0
Terrorçuların idarə etdikləri minalanmış iki avtomobil partladılıb
Əfqanıstanda terrorçu “Taliban” hərəkatı silahlıları polis idarəsinə hücum ediblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildiriblər.
Paktiya əyalətinin Qardez şəhərinin Polis İdarəsinə edilən hücum nəticəsində 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb.
Məlumata görə, Qardez şəhəri Polis İdarəsinin yaxınlığında terrorçuların idarə etdikləri minalanmış iki avtomobil partladılıb. Bundan sonra silahlılar polis idarəsinin binasına girməyə cəhd göstəriblər. Lakin onların hücumunun qarşısı alınıb.
Mənbə: report.az