"Chelsea"nin futbolçusu 1 ay müddətinə sıradan çıxıb


İdman 17 Okt 2017 11:50:00 288 0

"Chelsea"nin futbolçusu 1 ay müddətinə sıradan çıxıb

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Chelsea" Viktor Mozesin xidmətlərindən məhrum olub. Goal.az xəbər verir ki, nigeriyalı vinqer "Crystal Palace" ilə matçda zədələnərək 40-cı dəqiqədə əvəzlənmişdi. Onun diz bağlarında problem aşkarlanıb və 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Mozes son 2 həftədə sıradan çıxan 3-cü "Chelsea" futbolçusudur. Daha öncə Nqolo Kante və Alvaro Morata da eyni aqibətlə üzləşmişdi. Moratanın Çempionlar Liqasının qrup mərhələsində "Roma" ilə qarşılaşmada meydana çıxmaq ehtimalı var. Kante isə bütün oktyabrı buraxacaq.