KİV: Rəqqanın azad edilməsindən sonra Vaşinqtonun Suriya üzrə planı yoxdur


Dünya 17 Okt 2017 11:36:43 355 0

KİV: Rəqqanın azad edilməsindən sonra Vaşinqtonun Suriya üzrə planı yoxdur

NBC News: ABŞ-ın hakim dairələri Suriyanın gələcək taleyi üzrə planlarda fikir ayrılığı yaşayır

Rəsmi Vaşinqtonun İŞİD terror qruplaşmasının paytaxtı hesab olunan Rəqqa şəhərinin azad edilməsindən sonra Suriyada üzrə planı yoxdur. 

Bu barədə "Report" "NBC News"a istinadən xəbər verir.

Qeyd olunur ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Rəqqanı terrorçulardan oktybarın sonuna qədər tam təmizləyəcək. Amma Prezident Donald Trampın administrasiyasında Vaşinqtonun bundan sonra Suriyada necə hərəkət edəcəyi ilə bağlı konkret plan yoxdur. Vaşinqtonda Suriyada hakimiyyətin ötürülməsi ilə bağlı razılıq əldə olunmur.

ABŞ prezidenti administrasiyasının mühafizəkar inanclara sadiq olan bir hissəsi Suriya Prezidenti Bəşşar Əsədin vəzifəsindən ayrılmalı olduğunu düşünür. Digər hissə isə B.Əsədin Suriyanı "qara dəliyə" çevrilməkdən xilas edəcək yeganə şəxs olduğunu düşünür.

Bununla yanaşı, ABŞ və Türkiyə arasındakı münasibətlərin pisləşməsinin və Rusiya ilə İranın artan təsirinin Rəqqa əməliyyatının başa çatmasından sonra Suriyada vəziyyəti sabitləşdirmək cəhdlərinə ciddi zərbə vuracağı qeyd olunur. "NBC News" yazır ki, Vaşinqton ABŞ və İran arasındakı qarşıdurmanın sərtliyini tam dərk etmir.