Ali Ağaoğlu: "SOCAR Capital" investisiya şirkətlərinə dəstəyini davam etdirəcək"


İqtisadiyyat 17 Okt 2017 11:37:31 313 0

Ali Ağaoğlu: "SOCAR Capital" investisiya şirkətlərinə dəstəyini davam etdirəcək"

Azərbaycan kimi ölkələrdə kapital bazarının inkişafı üçün investisiya şirkətlərinin üzərinə böyük yük düşür

“Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə kapital bazarının inkişafı üçün investisiya şirkətlərinin üzərinə böyük yük düşür”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü ilə bağlı keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı tədbirdə SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu deyib.

“SOCAR istiqrazları dövriyyəyə buraxılanda bütün investisiya şirkətlərini bir araya gətirdik. Çünki, uğurlu yerləşdirmə üçün şirkətlər arasında əməkdaşlıq olmalıdır. “SOCAR Capital” bundan sonra da investisiya şirkətlərinə dəstək verməkdə davam edəcək”, - deyə A.Ağaoğlu qeyd edib.