Bakıda məktəbdə şagirdlər arasında


Digərləri 17 Okt 2017 11:17:58 276 0

Bakıda məktəbdə şagirdlər arasında

Dünən Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.

Bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Hadisənin baş verdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbin direktoru Camal Əlirzayev bildirib ki, hadisə saat 13:20 radələrində dərs prosesi başa çatandan sonra baş verib: "Dərslər saat 13-də bitir. Bu uşaqlar da əvvəlcədən aralarında olan mübahisəni davam etdirmək üçün məktəbin ətrafında görüşüblər. 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev məktəblilərdən birini döyüb. Həmin şagird də 8-ci sinifdə oxuyan dostu, Rahib Babayevi çağırıb. Dava-dalaş zamanı Samir Rahibi bıçaqlayıb".