Daha bir Avropa şirkəti "Şahdəniz" qazı alacaq


Digərləri 17 Okt 2017 10:51:00 280 0

Daha bir Avropa şirkəti "Şahdəniz" qazı alacaq

İtaliyanın "Edison" və İspaniyanın "Gas Natural Fenosa" şirkətləri Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın alışına dair saziş imzalayıblar.

Milli.A zxəbər verir ki, bu barədə Trend "Edison" şirkətinə istinadən məlumat verir.

Sazişə əsasən, ildə bir milyard kubmetr qaz alışı haqqında müqavilə "Edison"a keçir.

Sövdələşmənin ümumi dəyəri 30 milyon avro təşkil edir. Bu məbləğdən 10 milyon avro ilkin ödəniş olacaq, qalan hissə isə İtaliyaya Transadriatik qaz kəməri (TAP) vasitəsilə ilk tədarükdən sonra, 2021-ci ildən etibarən ödəniləcək.

Bundan başqa, razılaşmaya əsasən, "Edison" "Gas Natural Fenosa"ya məxsus "Gas Natural Vendita" şirkətini də əldə edəcək. Sövdələşmənin dəyəri 192,8 milyon avro təşkil edir.