Kiyevdə Ali Rada binasının ətrafında ikiqat kordon yerləşdirilib, bir sıra mərkəzi küçələr bağlanıb


Dünya 17 Okt 2017 10:41:22 307 0

Kiyevdə Ali Rada binasının ətrafında ikiqat kordon yerləşdirilib, bir sıra mərkəzi küçələr bağlanıb

Bu gün Kiyevdə Mixeil Saakaşvilinin mitinqi planlaşdırılır

Ukrayna Ali Radasının binası ətrafında ikiqat kordon yerləşdirilib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ukraynalı deputat Mustafa Nayem məlumat verib.

"Bütün ərazi qalxanlarla mühasirəyə alınıb. Konstitusiya meydanına keçid yalnız müəyyən çərçivədəndir. Parlament binası milli qvardiya və polis tərəfindən ikiqat kordonla qorunur", - M.Nayem bildirib.

Qeyd edək ki, daha əvvəl Kiyevin mərkəzində bir sıra küçələrin bağlandığı məlumatı yayılıb.

Xatırladaq ki, bu gün Kiyevdə Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin mitinqi keçiriləcək. O, mitinq nəticəsində Ukrayna Prezidenti Petro Poroşenkoya impiçment əldə olunmasını planlaşdırır.