"Həşdi Şabi" Şenqala girdi VİDEO


Dünya 17 Okt 2017 10:31:00 300 0

"Həşdi Şabi" Şenqala girdi  VİDEO

Şenqal (Rdaw) - "Həşdi Şabi" və İraq hərbiçilərinin Şenqala girdiyi bildirilib.

Son.az xəbər verir ki, Rudaw müxbiri Tahsin Kasım peşmərgə qüvvələrinin geri çəkildiyini, hər hansı bir qarşıdurmanın yaşanmadığını qeyd edib.   Şenqala girən "Həşdi Şabi" silahlılarının sayının 500 - 600 civarında olduğu, polis və hərbçilərin isə şəhərin mərkəzinə daxil olmayıb, kənar mövqelərdə gözlədikləri verilən məlumat arasındadır.   Müxbir "Həşdi Şabi" qüvvələrinin rəsmi qurumların binalarına İraq bayrağı asdıqlarını, ancaq şəhərin şərqində peşmərgə ilə "Həşdi Şabi" arasında silahlı qarşıdurmanın olduğunu deyib. Atışma sonrası Həşdi Şabi bu bölgədən çəkildib.   Rabia və Eveneyə doğru hərəkət edən bir "Həşdi Şabi" dəstəsinin isə Suriyanın kürdlər yaşayan sərhəddini ələ keçirməyə çalışdığı qeyd edilib.

Təhməz Təkin Son.az