Dövlət bankı Azər Türk Bankdan kredit almaq istəyənlərə xoş müjdə


Digərləri 17 Okt 2017 10:25:00 311 0

Dövlət bankı Azər Türk Bankdan kredit almaq istəyənlərə xoş müjdə

Xəbər verdiyimiz kimi, dövlət bankı "Azər Türk Bank" hamı üçün `"İstehlak" krediti təklif edir. 36 aylıq müddətə rəsmişlədirilən bu kreditin maksimal məbləği 15 000 manat yaxud bu ekvivalentdə ABŞ dollarıdır. İndi rəsmi qazancı 200 manatdan yuxarı olan hər kəs bankın "İstehlak" kreditindən faydalana bilər. Qeyd edək ki, müştərilərinin rifahına önəm verən bank onları kredit üzrə vəsaitin sığortalanması xərclərindən də azad edir.

Bankın "Gül kimi" marketinq konsepsiyası çərçivəsində Madame Coco və Dekoria mağazalarında malın ödənişi üçün 5000 manatadək kredit əldə etmək istəyən müştərilərə də bu yeniliklər şamil edilir.

Xatırladırıq ki, kreditlər üzrə ödənişlər hesab nömrəsi ilə Azər Türk Bankın istənilən filialında, həmçinin MilliÖN terminallarında müştəri kodu və doğum tarixini, Hesab.az saytında müqavilə nömrəsi və şəxsiyyət vəsiqəsinin pin kodunu daxil etməklə yerinə yetirilir.