BakıSumqayıt şosesində böyük faciə yaşana bilərdi


Digərləri 17 Okt 2017 09:55:00 288 0

BakıSumqayıt şosesində böyük faciə yaşana bilərdi

Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, Sumqayıtdan Bakıya doğru hərəkət edən 99-GJ-170 dövlət nömrə nişanlı, "Mercedes Benz" markalı avtomobil qəza törədib.

Məlumata görə, idarəetmədən çıxan nəqliyyat vasitəsi iki yolu ayıran dəmir arakəsməsmələrə çırpılıb, daha sonra istiqamətini dəyişərək, əks tərəfdəki yanacaqdoldurma məntəqəsinin barduruna dəyib.

Nəticədə yanacaqdoldurma məntəqəsinin işıq dirəkləri aşıb. Yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.