Somalidə partlayış qurbanlarının sayı 300 nəfərə çatıb


Dünya 17 Okt 2017 08:50:00 291 0

Somalidə partlayış qurbanlarının sayı 300 nəfərə çatıb

Somalinin paytaxtı Moqadişo şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 300 nəfərə çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABC telekanalı xəbər verib.   Bundan əvvəl 267 nəfərin öldüyü, 300-ün yaralandığı bildirilirdi.   Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişonun mərkəzində içərisinə partlayıcı qurğu  yerləşdirilmiş yük maşını partladılıb. Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib   Qeyd edək ki, "Əl Qaidə" qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab" Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.