Androidli smartfonlara yeni təhlükə


Digərləri 17 Okt 2017 08:21:00 275 0

Androidli smartfonlara yeni təhlükə

"ESET" antivirus şirkətinin mütəxəssisləri ekranı bloka salmaq funksiyasına malik və "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ilk şifrləyici virus aşkar ediblər. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, "DoubleLocker" adlandırılmış zərərverici proqram mobil bank troyanının əsasında işləyir. Virus qurğunun PIN kodunu dəyişdirə, həmçinin cihazın yaddaşında saxlanılan məlumatları şifrləmək funksiyasına malikdir.

Bir çox başqa troyanlar kimi "DoubleLocker" virusu da adətən "Adobe Flash Player" adı altında maskalanaraq saytlar vasitəsilə yayılır. Qurğunu yoluxdurduqdan sonra şifrləyici "Google Play Service" adlı şəxsi zərərverici xidmətini aktivləşdirməyi təklif edir, bundan sonra inzibatçılıq  hüququnu aktivləşdirir.