London metrosunda bıçaqla hücum: ölən və yaralananlar var


Dünya 17 Okt 2017 08:23:00 324 0

London metrosunda bıçaqla hücum: ölən və yaralananlar var

08:23

London metrosunun "Parsons Green" stansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu etməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.   Hadisə yerinə polis qüvvələri cəlb edilib, ərazidə istintaq tədbirləri aparılır. "Parsons Green" metro stansiyası sərnişinlər üçün bağlanıb. Skotland-Yard hücumun terrorla əlaqəli olmadığını vurğulayıb. Bununla belə, hadisə ilə əlaqədar saxlanılan yoxdur.   Xatırladaq ki, sentyabrın 15-də "Parsons Green" metro stansiyasında törədilən partlayış nəticəsində 30 nəfər yaralanmışdı. Polis hadisəni terror aktı kimi qiymətləndirmişdi.   00:25   London metrosunda naməlum şəxs bıçaqla insanlara hücum edib.   Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Independent" qəzeti xəbər verib.   "Parsons Green" stansiyasında baş verən insident nəticəsində 3 nəfər xəsarət alıb.  Skotland- Yard hücumu terrorla əlaqələndirmir.   Xatırladaq ki, sentyabrın 15-də "Parsons Green" metro stansiyasında törədilən partlayış nəticəsində 30 nəfər yaralanmışdı.


Xəbərə aid fotolar