Sərnişin təyyarəsi dronla toqquşdu


Digərləri 17 Okt 2017 08:25:00 341 1

Sərnişin təyyarəsi dronla toqquşdu

Kanadanın Kvebek bölgəsində pilotsuz uçuş aparatı ilə enişə keçən sərnişin təyyarəsi toqquşub.

Son.az lent.az-a istinadən xəbər verir ki,  Kanada nəqliyyat naziri Mark Qarno hadisə zamanı heç kimin zərər çəkmədiyini deyib.   Olay ötən həftə baş verib, məlumat isə yeni yayılıb. Nazir dron və təyyarənin toqquşmasının ölkədə ilk dəfədir baş verdiyini söyləyib. O qeyd edib ki, qanunvericilik dronlardan hava limanlarının 5 kilometrliyinə qədər məsafədə istifadəni qadağan edir: "Dron həmin vaxt orada olmamalıydı".   M. Qarno bildirib ki, əgər dron təyyarənin mühərrikinə və ya kabin hissəsinə dəysəydi, ciddi nəticələrə səbəb olardı. O, gələcəkdə bu cür hadisələrdən yayınmaq üçün şəxsi dronlardan istifadə məsələsində yeni qanuni tənzimlənmələrin həyata keçiriləcəyini vurğulayıb.