Tunisdə hərbi gəmi ilə qayıq toqquşdu: 34 ölü


Dünya 17 Okt 2017 08:18:00 255 0

Tunisdə hərbi gəmi ilə qayıq toqquşdu: 34 ölü

Axtarışlar davam edir

Tunisin Hərbi Dəniz Qüvvələrinə aid gəmi ilə qayığın toqquşması nəticəsində ölənlərin daha 16-nın meyiti tapılıb.

Son.az "Report"a istinadən bildirir ki, bununla da ölənlərin ümumi sayı 34-ə çatıb. On nəfərin meyiti bazar ertəsi səhər saatlarında, daha 6 nəfərin meyiti isə günün ikinci yarısında sudan çıxarılıb. Oktyabrın 8-də baş vermiş toqquşma nəticəsində ümumilikdə 34 nəfər ölüb. Ölənlər qayığın içində təcrid olunmuş vəziyyətdə qalıb. . Qeyd edək ki, toqquşma Kerkenna adasından 54 km məsafədə qeydə alınıb. Tunisin hərbi gəmisi miqrantların olduğu qayığı yoxlamaq istəyib.