Proqramlaşdırıla bilən süni dəri yaradılıb VİDEO


Digərləri 17 Okt 2017 07:51:00 281 0

Proqramlaşdırıla bilən süni dəri yaradılıb  VİDEO

Kornell Universitetinin mühəndisləri proqramlaşdırıla bilən süni dəri hazırlayıblar. Səkkizayaqlı ilbiz və mürəkkəbböcəyinin xüsusiyyətləri yeni materialın prototipi qismində çıxış edib. Alimlər tərəfindən hazırlanmış material elastik, uzadıla bilən, müxtəlif üçölçülü formaları əldə etmək qabiliyyətinə malikdir.

Son.az ICTnews-a istinadən bildirir ki, idarə edilə bilən material başayaqlıların öz rəngini dəyişən, həm də sıxılıb-uzadıla bilən dəri hüceyrələrinə oxşar yaradılıb. Əzələ hidrostatı adlandırılan bu xüsusiyyət skelet dəstəyinə malik deyil. Maraqlıdır ki, insanda da oxşar struktur var. Bu dildir. Başayaqlıların əzələ hidrostatını öyrənən alimlər onun əsasında öz formasını dəyişmək xüsusiyyətinə malik olan süni parça yaradıblar.

Bu materialın yaradıcıları qeyd edirlər ki, material bir çox sahələrdə tətbiq edilə bilər.