Dövlət Komitəsi: İraqda qalan digər azərbaycanlı uşaqlarla bağlı müəyyən iformasiyalar var


Digərləri 17 Okt 2017 07:59:00 313 0

Dövlət Komitəsi: İraqda qalan digər azərbaycanlı uşaqlarla bağlı müəyyən iformasiyalar var

Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanların əksəriyyəti indi oradan qaçmağa çalışır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, həmin insanlar ora aldanıb getdiklərini başa düşüblər: "Aldanıb gediblər və orada tamam başqa mühitə düşüblər. Sonradan səhv etdiklərini, aldandıqlarını anlayıblar. Ona görə də oradan qaçmağa, ölkəyə dönməyə çalşırlar. Təbiidir ki, onlar ölkəyə qayıdan zaman məsuliyyətə cəlb olunurlar. Bir çoxlarının isə vətəndaşlığı ləğv olunub. Buna görə də oradan qaçıb Azərbaycana yox, digər ölkələrə üz tutur və həmin ərazilərdə gizlənirlər.

Lakin onlar digər ölkələrdə olsalar da, Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxslərin müəyyənləşdirilib ölkəyə gətirilməsi ilə məşğuldur. Yəni, Azərbaycandan gedib qanunsuz silahlı birləşmələrə qoşulanların hər birinin məsuliyyəti var və ona görə də onlar qanun qarşısında cavab verəcəklər".