Windows 10 istifadəçiləri izləyir?


Digərləri 17 Okt 2017 07:41:00 253 0

Windows 10 istifadəçiləri izləyir?

Daha bir Avropa dövləti "Microsoft" şirkəti tərəfindən "Windows 10 Home" və "Pro" sistemlərinin idarəetməsi altında işləyən kompüterlərdən toplanılan böyük həcmli məlumatlardan narahatdırlar. Niderland Məlumatların Mühafizəsi İdarəsindən (Autoriteit Persoonsgegevens, PA) bildirilib ki, istifadəçilərin fərdi informasiyasını emal edən ABŞ şirkəti Niderland qanunvericiliyini pozur. "Microsoft" şirkəti öz siyasətini dəyişdirməsə, ona sanksiya tətbiq ediləcək.

Son.az ICTnews-a istinadən bildirir ki, Niderland Məlumatların Mühafizəsi İdarəsi "Windows 10" sistemi tərəfindən telemetrik məlumatların toplanması və ötürülməsindən narahatdır. Sözügedən şirkətin serverlərinə göndərilən informasiyanın növü və məqsədi anlaşılmazdır. Niderland hakimiyyəti bu sualın izahını tələb edir.

"Microsoft hansı məlumatlardan və nə məqsədlə istifadə etdiyi barədə istifadəçiləri lazımi şəkildə məlumatlandırmır. Bundan başqa, proqram nəhəngi tərəfindən seçilmiş taktika fərdi məlumatların emalına razılıq verməyə imkan vermir" - bəyanatda deyilir.