BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini alqışlayıb


Siyasət 17 Okt 2017 05:01:12 312 0

BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini alqışlayıb

Baş katib tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün uğuru inkişaf etdirməyə çağırıb

BMT-nin baş katibi Antoniu Qutteriş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədəki danışıqlarının nəticələrini alqışlayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik Cenevrədə keçirilən sammiti şərh edərkən bildirib. 

Qeyd olunur ki, baş katib tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün bu uğuru inkişaf etdirməyə çağırıb.